Prezident onlara rütbə verdi - SİYAHI

  • By admin
  • 12 Dekabr 2017 16:10

Azərbaycan Prezidenti İlham Əliyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən ticarət nümayəndələrinə – Əliyev Ruslan Allahverdi oğlu, Əliyev Elnur Əli oğlu, Nadiroğlu Teymur Mahmud oğlu və Nağdəliyev Nemət Zeynal oğluna ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Gununsesi.info