Prezidentdən kiçik sahibkarlara dəstəklə bağlı FƏRMAN

  • By admin
  • 01 Dekabr 2021 17:12
Prezident İlham Əliyev “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Gununsesi.info