“Ərdoğan Putinlə danışıqlar aparacaq” -Çavuşoğlu

  • By admin
  • 01 Dekabr 2021 17:24
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də Rusiya Prezidenti Vladimir Putinlə telefon vasitəsilə danışıqlar aparmağı planlaşdırır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələri XİN rəhbərlərinin görüşündə jurnalistlərə açıqlaması zamanı bildirib.
“Türkiyə Ukraynada gərginliyin azaldılmasının tərəfdarıdır. Biz iki tərəflə əlaqədəyik. Cümə günü bizim prezidentimiz, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazırlaşır”, – deyə M.Çavuşoğlu bildirib.
Gununsesi.info