Rusiya Prezidenti Vladimir Putin Anapa şəhərində “Era” hərbi innovasiyalı texnoşəhərinin yaradılması haqqında sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, Krasnodar əyalətində yerləşəcək olan texnoşəhərin 2020-ci ildə tam hazır vəziyyətə gətiriləcəyi bildirilib.
Qeyd edək ki, sözügedən şəhər Qara dəniz sahilində 17 hektarlıq ərazidə salınacaq. Texnoşəhərdə əsasən hərbi yönümdə nəzəri və praktiki araşdırmaların aparılması, yeni layihələrin işlənib hazırlanması nəzərdə tutulur.













