Prezidentin Davosda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb - NOVRUZ MƏMMƏDOV

  • Müəllif: admin
  • 23 Yanvar 2018 14:40

“Davos İqtisadi Forumu dünəndən işə başladı. Forumda 70-dən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir. Yüzdən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan Prezidenti 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb: “Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”.

Gununsesi.info