Gununsesi.info APA-ya istinadən xəbər verir ki, komissiya sədri, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyət “Soyqırımı memorial kompleksi”ni və kütləvi məzarlığı ziyarət edib.
Komissiya üzvlərinə Quba soyqırımı məzarlığı barədə məlumat verilib.
Ziyarətdən sonra Quba rayon İcra Hakimiyyətində Əli Həsənovun rəhbərliyi ilə Quba “Soyqırımı memorial kompleks”ində mövcud vəziyyətlə bağlı müşavirə keçirilir.

Gununsesi.info









