Prezidentin köməkçisi: “Valyuta bazarında sabitləşmə müşahidə olunur”

  • By admin
  • 21 İyun 2016 13:12

Natig Amirov

 

Dünya iqtisadiyyatında cərəyan edən qlobal və regional proseslərin 2015-ci ildə Azərbaycan üçün təsirləri minimum olub. Gununsesi.info xəbər verir ki,  Trend-in məlumatına görə, bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Sosial biznes – inkişafa aparan yol” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, buna (minimum təsirə) ölkə rəhbərliyinin siyasəti, qeyri-neft sektorunun inkişafı üçün görülən tədbilər yardım edib.

N.Əmirov qeyd edib ki, ötən il ərzində Azərbaycan ÜDM-i 1,1 faiz artıb, adambaşına düşən ÜDM-in həcmi isə 5703 manat təşkil edib.

———-

12:08

“Aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur”.

Gununsesi.info  APA-ya istinadən bildirir ki, bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

“Neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır”, – deyə prezidentin köməkçisi qeyd edib.