Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü

  • By admin
  • 16 Sentyabr 2021 14:32

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.

Gununsesi.info-un məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı Twitter səhifəsində paylaşım edib.

Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.

Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də İran səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.

Gununsesi.info