Prezidentlərin görüşü öz-özlüyündə yaxşı əlamətdir – Səfir

  • By admin
  • 21 İyun 2016 13:39

Fransa

 

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü faktı öz-özlüyündə etimad mühitinin yaradılması istiqamətində çox yaxşı bir əlamətdir. Gununsesi.info “news.am”-a istinadən xəbər verir ki, bu fikri bu gün Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, artıq son bir ayda prezidentlər iki dəfə görüşüb.”Birinci görüş amerikalı diplomatların təşəbbüsü ilə Vyanada, ikinci görüş Rusiya tərəfinin təşəbbüsü ilə reallaşdı. Belə görüşlərin keçirilməsi etimad mühitinin yaradılması baxımından yaxş əlamətdir. Dialoqsuz hər hansı siyasi qərar qəbul etmək mümkün deyil və qarşı tərəflərin bir-birini tanıması, mövqelərini təqdim etməsi baxımından mümkün deyil”, – deyə fransalı diplomat vurğulayıb. Səfir onu da əlavə edib ki, Fransa Qarabağ münaqişəsinin həllində əlindən gələni etməyə hazırdır. Diplomat prezidentlərin Sankt Peterburqda münaqişənin həlli ilə bağlı mütəmadi görüşlərin keçirilməsi barədə razılığa gəlmələrini müsbət addım kimi dəyərləndirib.

Gununsesi.info