“Problemlər aradan qaldırılmalıdır ki, kənd təsərrüfatının inkişafı daha sürətli olsun” - FƏTTAH HEYDƏROV - YENİLƏNİB

  • Müəllif: admin
  • 24 Yanvar 2017 13:03

fattah

Bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, iclasda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və 2017-ci il yaz sessiyasının iş planı layihəsi müzakirə olunub.

Komitə sədri Arif Rəhimzadə görülən işlər barədə geniş məlumat verib.

A. Rəhimzadə bildirib ki, qanun layihələri hazırda razılaşma mərhələsindədir.
“Mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında müzakirə olunaraq aprlamentin müzakirəsinə çıxarılacaq”- deyə, komitə sədri vurğulayıb. 
 
Komitə sədri deyib ki, bunlar “Bələdiyyə torpaqlarlarının idarə edilmısi haqqında” qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, “Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında” qanmunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara dəyişiklik layihələridir. 
Komitə sədri onu da deyib ki, adıçəkilən qanun layihələrinin zamanında hazırlanması üçün komitə üzvləri məsul ediliblər.

Millət vəkili Fəttah Heydərov bildirib ki, komitə ötən dövrdə uğurlu fəaliyyət göstərib, qəbul edilən qanunlar bələdiyyələrin fəallığına müsbət təsir göstərib. Millət vəkili deputatların və bələdiyyələrin ölkədə kənd təsərrüfatının inkişafı sahəsində öz səylərini əsirgəməməsini zəruri saydığını deyib.

 

Onun sözlərinə görə, qışlaqlar problemi həllini tapmalıdır, bu bir çox hallarda  ciddi narazıçılığa səbəb olur. “Bu gün elə məsələlər var ki, öz həllini tapmalıdır. Son illərdə Azərbaycan prezidenti kənd təsərrüfatının inkişafı ilə bağlı çoxsaylı sərəncam  və sənədlər imzalayıb. Bu sahənin inkişafına çox böyük diqqət yetirir. Bu diqqət təkcə ölkə əhalisini kənd təsərrüfatı məhsulu ilə təmin etmək yox, eyni zamanda ixracatı inkişaf etdirməkdən ibarətdir. Ancaq  bəzi hallarda bu məsələlərdə bir sıra problemlərlə üzləşirik”.

 Millət vəkili deyib ki, mən özüm də belə hallarla rastlaşmışam: “Misal üçün deyim ki, Qəbələ rayonun böyük bir qismi heyvandarlıqla məşğul olur. Onlar yay vaxtında öz heyvanlarını Böyük Qafqazın ətəklərində, qışda isə Aran  rayonlarındakı qışlaqlarda saxlayırlar. Bax, problem də  heyvanların qışlaqda saxlanması zamanı baş verir. Bu şəxslər qışlaqda  mütəmadi olaraq ərazi problemi ilə rastlaşırlar. Bu da ciddi narazıçılıqlara səbəb olur”- deyə, millət vəkili vurğulayıb.
O, əlavə edib ki,  bu problemlərin həllində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr yaxından iştirak etməlidir: “Bu narazılıq sonda heyvandarlıqla məşğul olan insanların bu sahədən uzaqlaçamsına və  bu da öz növbəsində heyvandarlığın aşağı səviyyə düşməsinə səbəb ola bilər. Ona görə də bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Xüsusən də bələdiyyələr daha  aktiv rol oynamalıdırlar. Çünki sadə insanın və ya heyvandarlıqla məşğul olan şəxin əli heç də  hər yerə çatmır. Belə süründürməçilik və problemlər kənd təsərrüfatının inkişafına mane olan amillərdir və bu problemləri aradan qaldırmaq lazımdır. Bu işdə eyni zaman Regional Məsələlər Komitəsi  və onun üzvləri də yaxından iştirak etməlidir”.

İclasın sonunda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı qəbil edilib, yaz sessiyasının iş planı layihəsi təsdiqlənib.

M.Bünyadlı

Gununsesi.info