
Bir necə gün əvvəl Bakının mərkəzində keçirilən kütləvi aksiyada polislər tərəfindən zorakılığa məruz qalan Tofiq Yaqublu bu gün Səbail Rayon prokurorluğuna dəvət olunub.
Gununsesi.info-nun məlumatına görə, Tofiq Yaqublu ona edilmiş zorakılıq barədə prokurorluqda ifadə verib.
İfadədən sonra Tofiq Yaqublunun ekspertizadan keçirilməsi qərara alınıb.
İlhamə
Gununsesi.info