Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar aparıb

  • Müəllif: admin
  • 26 Aprel 2018 22:55


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb. APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında dərc edilmiş məlumatda bildirir.

“Qeyd edilib ki, Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Rusiya XİN-i Ermənistanda müxalifət və hakimiyyət arasında dialoqun keçiriləcəyinə ümidvar olduğunu bildirib. Daha əvvəl Karen Karapetyan Moskvada məsləhətləşmələr keçirib.

 

Gununsesi.info