Gəncə sakini Daşkəsəndə bıçaqlanıb

  • Müəllif: admin
  • 26 Aprel 2018 23:00

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info “Report”a istinadən bildirir ki, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini Pirverdiyev Nicat Füzuli oğlu Daşkəsən şəhərində bıçaqlanıb.

Qarın nahiyəsindən bir bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki xəstəxanaların birinə aparılıb. Özünün bildirdiyinə görə, tanımadığı şəxs tərəfindən küçədə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info