Putin görüşə gecikən Çin nümayəndələyi ilə zarafat etdi  - VİDEO

  • Müəllif: admin
  • 09 İyun 2017 13:15

putin

Rusiya prezidenti Putin ÇXR rəhbəri Si Tzinpinlə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə bağlı görüşün əvvəlində yaranan fasiləni zarafatla qarşılayıb.

Tədbirə Rusiya və Çin liderlərinin görüşünü işıqlandırmaq üçün o qədər jurnalist gəlibmiş ki, onlar sözün həqiqi mənasında nazirlərin yerinə keçməyinə imkan verməyiblər. Əlbəttə, dövlət başçıları üçün yollar açılıb, ancaq nazirlər bir az əziyyət çəkməli olublar.

Danışıqlar masasına ilk Rusiya nümayəndəliyi çata bilib, ancaq çinlilər bunu edə bilməyiblər. Elə bir an oldu ki, Çin rəhbəri Rusiya nümayəndəliyi ilə qarşı-qarşı tək oturur.

Putin özünü saxlaya bilmir və gülərək zarafat edir: Qarşı tərəfdə tək qalan ÇXR liderini “Tənha sərkərdə” adlandırır. Bu zarafat Hər kəs tərəfindən gülüşlə qarşılanır.

Qeyd edək ki, bu gün Vladimir Putin və Si Tzinpin ŞƏT sammitində görüşəcəklər. Forumun ilk günündə təşkilat çərçivəsində ikitərəfli əməkdaşlıq və Koreya yarımadasında vəziyyəti müzakirə edəcəklər.

https://www.youtube.com/watch?v=hp19myATU9s

Gununsesi.info