Azərbaycan-Şimali İrlandiya oyununa 21000 bilet satılıb

  • Müəllif: admin
  • 09 İyun 2017 13:09

bilet_ticket_130415

İyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Şimali İrlandiya futbol üzrə milli yığma komandalarının qarşılaşmasına 21 min bilet satılıb.

Gununsesi.info məlumatına görə, qarşılaşmada Şimali İrlandiyadan 300 nəfər xarici azarkeş iştirak edəcək. Oyunu 21 xarici və 200-dən artıq yerli jurnalist izləyəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib ki, oyuna qədər 40 min biletin satılacağı gözlənilir.

Gununsesi.info