Bakıda 33 min manata “06” satılır  - VİDEO

  • Müəllif: admin
  • 09 İyun 2017 13:04
f4e92a
Cəmi 2287 km məsafə qət edib.
Gununsesi.info məlumat verir ki, sovet dövründə istehsal olunan avtomobillər içərisində “VAZ 2106” xüsusi çəkiyə malik olub. Digərlərindən fərqli olaraq bu avtomobilə maraq hər zaman çoxdur. 2005-ci ildə istehsalını dayandırsa da “VAZ 2106” modelinin orijinalını bu gün axtaranlar var. Təbii ki, bu cür avtomobilləri qoruyub saxlayanlar da az deyil. Təqdim edəcəyimiz videoda olan avtomobil 1986-ı il istehsalıdır. Əsas üstünlüyü odur ki, cəmi 2287 km məsafə qət edib. Avtomobilin özü ideal vəziyyətdə olsa da qiyməti nisbətən bahadır. 33000 manat verib “06” almaq isə hər kəsin işi deyil.

Gununsesi.info sözügedən avtomobilin videosunu təqdim edir:

 

Gununsesi.info