
Homoseksualizm bəzi insanlar tərəfindən həyat tərzi, bəziləri tərəfindən psixoloji patologiya, bir qisim insanlar tərəfindən isə əxlaqsızlıq hesab olunur. Çoxları belə insanların XX əsrin sonlarında baş verən “seks inqilabı”ndan sonra ortaya çıxdığını düşünsə də, əslində homoseksualizmin tarixi çox qədimlərə gedib çıxır. Maraqlısı budur ki, keçmişdə insanlar buna normal yanaşıblar. Hətta qədim döyüşçülər hesab edirdilər ki, kişinin kişi ilə münasibət qurması daha böyük qoçaqlıq hesab olunmalıdır.
Qədim alman cəngavərləri döyüş çadırlarında 2 kişi ilə yatar və öz cinsi istəklərinə sərhəd qoymurdular. Halbuki həmin cəngavərlərin mütləq gözəl xanımı da olurdu.
Makedoniyalı İsgəndərin də kişilərə meyli barədə bir sıra tarixi faktlar mövcuddur. O, kişilərə meyilli olduğunu Şərqdə gördüklərindən sonra daha açıq-aşkar bəyan etməyə başlayıb. Buna qədər isə yalnız onun yaxın ətrafı sərkərdənin qəribə meylindən xəbərdar idi. İran şahı Daranı məğlub etdikdən sonra onun kişilərdən ibarət hərəmxanasında baş verənlər İsgəndəri daha da həvəsləndirib. Sərkərdə ətrafında həm kişilərdən, həm də qadınlardan ibarət “sevgili” dəstəsi yaradıb.
Qədim Qalliyanın qərbində də Teifat qəbilələrinin homoseksual meyilləri bütün Avropanı çaşdırmışdı. Burada hər bir yeniyetmə oğlan döyüş qabiliyyətinə yiyələnmək üçün peşəkar döyüşçünün himayəsinə verilirdi. Onları həm təlim, həm dostluq, həm də fiziki sevgi birləşdirirdi.
Peruda isə XIX əsrə qədər sərkərdələr üçün yaraşıqlı cavan oğlanlar seçilirdi. Onları xüsusi olaraq hazırlayır, rəqs və nazlanmaq öyrədirdilər.
Alyaskada da gözəl oğlan uşaqlarına qız kimi davranmaq, cilvələnmək öyrədilirdi. Təlim prosesindən sonra isə onları nüfuzlu kişilərə hədiyyə verirdilər.
1913-cü ildə səyyah Moris Marten yazırdı ki, Ekvatorial Afrikanın Zand adlı qəbiləsində xüsusi oğlan tipləri var. Qonotir adlanan bu oğlanlar qız kimi geyindirilir, çox nazlı olurlar. Amma bu oğlanlar böyüyüb evlənmə yaşına çatanda uzun saçlarını kəsdirib, qadın paltarları ilə vidalaşırlar və kişiyə xas bütün hüquqları əldə edirlər. Marten yazırdı ki, bir gecə qəbilədə bayram keçirilirdi. Bayramda kişilər təbil sədaları rəqs edirdilər. Lakin buna rəqs demək olmazdı, daha çox seksual xarakterli hərəkətlər idi.
Yaponiyanın Kusu adasında da belə bir adət varmış ki, rəhbər kişilər öz hərəmlərində qadınlarla yanaşı “koso” adlanan cavan oğlanlar da saxlayırmışlar.
Zənzibar adalarında isə ərəblər qaradərili əsir oğlanlardan özlərinə “sevgili” tuturdular. Ümumiyyətlə, şərq hərəmxanalarında gənc və yaraşıqlı oğlanların sultanlara xidmət etdiyi məlumdur. Sarayda qadınların saxlandığı məkanları “hərəmlik”, kişilərin saxlandığı yerləri isə “səlamilik” adlandırırdılar. Təsadüfi deyil ki, İstanbul muzeyində sultanın sevgilisi olmuş üç oğlan rəsmi var.
Orta Əsrlərdə Avropa kralları da heç kəsdən çəkinmədən sarayda kişilər saxlayırdılar. Bunlardan ingilis kralı II Eduard, fransız kralı III Henrix, XIV Lüdovikin qardaşı hersoq Flipp və başqalarını misal göstərmək olar. Deyilənə görə, Romanovlar sülaləsindən I Pyotr da biseksual imiş. Onun da sarayında kişilər imperatora cinsi xidmət ediblər.
Gununsesi.info












