Putin İslam Kərimovun dəfninə qatılmayacaq

  • By admin
  • 02 Sentyabr 2016 21:57

putin

Rusiya prezidenti Vladimir Putin özbək həmkarı İslam Kərimovun dəfn mərasimində iştirak etməyəcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Tvrain.ru”ya hökumətə yaxın iki məmur bildirib.

İslam Kərimovun dəfn mərasiminə Rusiyanın adından baş nazir Dmitri Medvedev qatılacaq.

Mənbənin sözlərinə görə, Putinin həmkarının dəfnində iştirak etməməsi 4-5 sentyabr tarixlərində Çində keçiriləcək G20 sammitinə qatılması ilə bağlıdır: “O, qrafikində dəyişiklik edə bilmir”.

Rusiya Baş nazirinin mətbuat katibi Nataliya Timakova “İnterfax”a bildirib ki, İ. Kərimovun dəfn mərasimində nümayəndə heyətinə Dmitri Medvedev başçılıq edəcək.

Xatırladaq ki, Özbəkistan prezidenti İslam kərimov bu gün 78 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. O, sabah Səmərqənddə dəfn olunacaq.

 

Gununsesi.info