Putin muzeydə atasının fotosunu tapdı – VİDEO

  • By admin
  • 23 İyun 2020 18:08
Rusiya Prezidenti Vladimir Putin Moskva yaxınlığında yerləşən “Patriot” parkında İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuş “Xatirə yolu” muzey kompleksində gəzişərkən fotoarxivdə atasının şəklini tapıb.
Gununsesi.org Modern.az-a istinadla xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Məlumata görə, RF prezidentinin atası şəkildə cəbhə yoldaşları ilə birlikdə əks olunub.
Qeyd edək ki, muzeyin virtual bazasında on milyonlarla ön və arxa cəbhə döyüşçülərinin şəkilləri toplanıb.

 

 

Gununsesi.org