Putin Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına mənfi təsirini etiraf etdi

  • By admin
  • 12 Oktyabr 2016 17:13
putin-petya
Rusiya prezidenti Putin Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına mənfi təsirini etiraf edib.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Rusiya prezidenti “Rusiya çağırır” Forumunda çıxışı zamanı Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına təsirindən danışıb. Putin deyib ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir: “Bu ilk növbədə bu, texnologiyalara çıxışın məhdudlaşdırılmasında özünü göstərir. Baxmayaraq ki, biz tez-tez təkrar edirik ki, sanksiyalar bizə elə də təsir  etmir. ancaq təsir edir. Hər şeydən öncə mən texnologiyaların ötürülməsinin məhdudlaşdırılmasında təhlükə görürəm.
Putin onu da əlavə edib ki,  sanksiyalar  təkcə Rusiya iqtisadiyyatına deyil, ümumilikdə dünya iqtisadiyyatına ziyan vurur. “Çünki Rusiya iqtisadiyyatı ümumdünya iqtisadiyyatınin əsas  sektorlarından biri hesab olunur. Bunu kim edirsə, başa düşməlidir ki, son nəticədə özünə də ziyan vurur. Ona görə də,  düşünürəm ki, biz bununla bacaracağıq” – deyə, Putin bildirib.
Forum çərçivəsindəçıxış edən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, Rusiyaya qarşı növbəti yeni sanksiyalar  Suriyaya görə tətbiq edilə bilər: “Bu sanksiyalar da   Rusiya iqtisadiyatına bir o qədər ciddi təsir etmir. Artıq yerli iş adamaları qapalı bazar şəraitinə adaptasiya olunublar”.
Gununsesi.info