Putin sərnişin təyyarəsini vurmağı niyə əmr edib?- VİDEO

Putin sərnişin təyyarəsini vurmağı niyə əmr edib?

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə sərnişin təyyarəsinin vurulub salınmasına dair əmr veribmiş.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, hadisə Soçi Qış Olimpiadasının açılış günü baş verib.

Rusiya prezidenti bu göstərişi həmin təyyarənin Soçi Olimpiadasının açılış mərasimini hədəfə aldığını zənn etdiyinə üçün verib.

Bu barədə Putinə həsr olunmuş və Rusiyada çəkilmiş ikisaatlıq filmdə bəhs edilir.

“Mənə dedilər ki, Ukraynadan İstanbula uçan təyyarə ələ keçirilib, təyyarəni tutanlar Soçidə yerə enməyi tələb edirlər”, – Putin filmdə deyir.

Türkiyənin Pegasus aviaşirkətinə məxsus Boeing 737-800 təyyarəsi Xarkov şəhərindən İstanbula yollanırdı, təyyarədə 110 nəfər olub. Təyyarənin pilotları deyiblər ki, sərnişin bomba ilə uçuş heyətini hədələyərək onlardan təyyarəni Soçi şəhərində yerə endirməyə tələb edib, müxbir Andrey Kondraşov deyib.

Filmdə Putin deyib ki, o zaman təhlükəsizlik rəsmiləri ona təhlükəsizlik qaydalarının belə vəziyyətdə təyyarənin vurulmasını tələb etdiyini deyib.

“Mən onlara göstəriş verdim ki, qaydalar tələb etdiyi kimi hərəkət etsinlər”, – Putin deyib.

Kreml sözçüsü Dmitri Peskov Putinin dediklərini təsdiqləyib.

Gununsesi.info

 

COMMENTS