Putin Təhlükəsizlik Şurasını topladı

  • By admin
  • 15 Sentyabr 2017 22:56

putin
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb.Gununsesi.info RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu özünün Suriya Ərəb Respublikasına səfəri və bu ölkənin yüksək vəzifəli şəxsləri ilə apardığı danışıqlar barədə məlumat verib.

İclasda həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə edilib: “Toplantı iştirakçıları Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə bağlı Koreya yarımadasındakı duruma dair fikir mübadiləsi aparıblar”.
Gununsesi.info