“Putin yeni zərbəyə hazırlaşır: Böyük Britaniya Ukraynaya daha ölümcül silah verəcək…”

  • By admin
  • 30 Mart 2022 15:01
Böyük Britaniyanın baş naziri Boris Conson parlamentdəki çıxışında bəyan edib ki, Ukraynaya daha ölümcül silah vermək istəyir, çünki Putin daha ciddi zərbə endirməyə hazırlaşır.
Gununsesi.info  xəbər verir ki, bu məlumatı Britaniyanın “Times” qəzeti yayıb.
“Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunu dəf edə bilib, indi söhbət zəbt edilən ərazilərin nəzarətə qaytarılmasından gedir”, – Conson deyib.
Britaniya baş nazirinin sözlərinə görə, Rusiya- Ukrayna müharibəsinin yeni mərhələsindən çıxış edərək, Böyük Britaniya “Putinin daha güclü zərbəsi” təhlükəsini nəzərə almalı və dəstəyin yeni mərhələsinə keçməlidir.
Baş nazirə Böyük Briyaniyanın müdafiə baş qərargah rəisi Toni Radkin dəstək verib. “Ukrayna ordusu təkcə iri şəhərləri müdafiə etmir, həm də rusiyalıları geri çəkilməyə vadar edir. Bizim dəstəyimiz də bununla bağlı dəyişməlidir”.
Radkin həmçinin vurğulayıb ki, müharibə Ukraynanın müdafiə və əkshücum üzrə səyləri sayəsində daha “ənənəvi” görkəm alıb.
“Times” qəzetinin məlumatına görə, hazırda parlamentarilər Ukraynaya konkret olaraq hansı silahın verə biləcəyini nəzərdən keçirir.
Sabah, martın 31- də, Birləşmiş Krallıq Ukraynaya daha çox öldürücü silahı səfərbər etmək üçün donorların konfransını keçirəcək.
“Biz görəcəyik ki, Rusiyanın suveren dövlətə hərbi müdaxiləsi və qanunsuz işğalında uğur qazanmamasına zəmanət üçün bütün dünyanı səfərbər etmək olar”, – müdafiə naziri Ben Uolles bəyan edib.
Ukrayna ilə Rusiya arasında atəşkəs haqqında saziş barədə baş nazir deyib ki, bu saziş özlüyündə Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların götürülməsinə səbəb olmayacaq. Consonun fikrincə, Kremlə təzyiq həm Ukraynaya hərbi yardım göstərilməsi, həm də bundan sonra da iqtisadi tədbirlərlə gücləndirilməlidir ki, Rusiya öz yolunu tamamilə dəyişsin”.
Gununsesi.info