Putin: "Türkiyə Hələbin azad olunmasında böyük rol oynadı..."

  • By admin
  • 23 Dekabr 2016 15:57

ITAR-TASS: ASTANA, KAZAKHSTAN. MAY 29, 2014. President Vladimir Putin of Russia seen after signing joint documents following a session of the Supreme Eurasian Economic Council at the level of heads of states, at the Palace of Independence. (Photo ITAR-TASS/ Mikhail Metzel) Казахстан. Астана. 29 мая. Президент России Владимир Путин после церемонии подписания совместных документов по итогам заседания Высшего Евразийского экономического совета (ВЕЭС) на уровне глав государств во Дворце независимости. Фото ИТАР-ТАСС/ Михаил Метцель

Türkiyə Hələbin azad olunmasında  böyük rol oynadı.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin  bu gün illik mətbuat konfransında  deyib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə və İranın  daxil olduğu üçlü format Suriyə probleminin həllində çox ciddi nəticələri ortaya qoymaqdadır:
“Ona görə də bu formatda əməkdaşlığı davam etdirmək niyyətindəyik”.
Putin onu da əlavə edib ki, ABŞ-ı da Rusiya-Türkiyə-İran üçlü formatındakı əməkdaşlığa dəvət edir.
 Hələbin Əsəd rejiminə müxalif qüvvələrdən azad olunmasına toxunan Putin deyib ki, Türkiyə  və İran  Hələbin azad olunmasında mühüm rol oynayıb:
“Hələbdən haradasa yüz  min insan təxliyyə olunub. Bu, dünyada ən böyük insani bir əməliyyat oldu. Bu əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani və Suriya prezidenti Bəşər Əsəd olmadan baş tutmazdı. Bundan sonrakı addımımız Suriyada atəşkəsə nail olmaqdır. Biz Astanada  tərəflərin atəşkəsə nail olmasına çalışırıq”.
Gununsesi.info