Səfirin öldürülməsi Ankara-Moskva münasibətlərinə xələl gətirməyəcək - PUTİN

  • By admin
  • 23 Dekabr 2016 15:49
putin-brifinq
Səfirin öldürülməsi Ankara-Moskva münasibətlərinə xələl gətirməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib.
Onun sözlərinə görə,  Ankarada qətlə yetirilən  səfirlə bağlı açılan cinayət  işini yaxından izləyəcəklər.
“Buna baxmayaraq, bu hadisə iki ölkə arasındakı münasibətlərə xələl gətirməyəcək. Bu, Türkiyə-Rusiya münasibətlərinin pozulmasına yönəlik hadisədir. Əgər Rusiya təyyarəsinin vurulması zamanı bunun Rusiya-Türkiyə əlaqələrinin pozulmasına yönəlik olması barədə fikirlər səslənəndə şübhə ilə yanaşırdımsa, bu hadisədən sonra düşüncələrimdə dəyişiklik yaranıb. Artıq mən də bu fikirdəyəm ki, həqiqətən də bəzi qüvvələr iki ölkə arasındakı münasibətləri pozamağa çalışır ”-deyə, Putin bildirib.
Gununsesi.info