Putindən Ərdoğana “Türk axını” zəngi - RUSİYA QARA DƏNİZDƏ KƏMƏRİN ÇƏKİLİŞİNƏ START VERDİ

  • By admin
  • 23 İyun 2017 16:01

erdogan_putin_011214

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub.

Gununsesi.info RİA-Novostiyə istinadən xəbər verir ki,  telefon danışığı zamanı Putin Rusiyanın Türkiyə vasitəsi ilə Cənub və Cənub-Şərqi Avropaya qaz nəql etməyə hazır olduğunu bəyan edib. O deyib ki, əgər tərəfdaşlarımız istərsə, biz  qaz nəql etməyə hazırdır: “Biz tərəfdaşlardan belə bir  marağın və istəyin olduğunu görürük”.

Telefon danışığı zamanı “Türk axını” məsələsi müzakirə olunub.

Ərdoğan isə öz növbəsində Putini əmin edəərk deyib ki, bizlayiqincə sizin maraqlarınızı təmin etməyə hazırır. Çünki indiki məqamda maraqlarımız tamamailə üst-üstə düşür. Ərdoğan “Türk axını” ilə bağlı yaxşı perspektivin olduğunu dilə gətirib.

Putin eyni zamanda qaz kəmərinin çəkilişi ilə bağlı bir sıra məslələrin də olduğunu dilə gətirib. “Bu əsasən dəniz dibindən qazın Türkiyənin hansı ərazisindən çıxacaq və hansı ərazilərdən keçəcək. Eyni zamanda ekoloji təhlükəsizlik məsələlərinə riayət etmək məsələləri də gündəmdədir.

Putin onu da əlavə edib ki, işlər bu tempdə davam edərsə, birinci xətt 2018-ci ildə, ikinci xətt isə 2019-cu ildə hazır olacaq.

Qeyd edək ki, Putin Ərdoğanla telefonla Anapadan danışıb. Belə ki, Putin “Pioneering Spirit” boru kəmərinin  döşnməsi prosesi ilə tanış olmaq üçun Qara dəniz sahilində olub. Bu gün Anapa yaxınlığında dənizdə “Türk axını” layihəsi ilə bağlı  kəmərin Qara dənizin dibindən çəkilişi işlərinə start verilib.

Gununsesi.info