Putinlə Tram bu gün Suriya böhranını müzakirə edəcək

  • By admin
  • 02 May 2017 10:42

tramp-putin

Bu gün ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.

Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, iki ölkənin liderləri arasında telefon danışığının bu gün baş tutuacağı ilə bağlı xəbəri  Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov  da təsdiq edib.

Ötən gün Ağ Ev Trampım Putinlə mayın 2-də baş tutacaq telefon danışığında  Suriya böhranını müzakirə edəcəkləri barədə məlumat yayıb.

Qeyd edək ki, Putin bu gün Soçidə Almaniya kansleri Angela Merkellə görüşərək beynəlxalaq vəziyyəti və regional məsələləri müzakirə edəcəklər. Onlar eyni zamanda Ukraynadakı münaqişə  ilə bağlı iki ölkə arasında  enerji, iqtisadi, ticari əlaqələrin inkiaşf etdirlməsinin perspektivlərini müzakirə edəcəklər.

Mürtəza

Gununsesi.info