“Putinlə o gecə mənim üçün gözəl xatirə olaraq qalacaq” - ALMANİYANIN KEÇMİŞ KANSLERİNİN HƏYAT YOLDAŞI

  • By admin
  • 13 Oktyabr 2017 12:29

satire-koepfputin-dw-satire-hannover-jpg

Şröyderin həyat yoldaşı Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə danışıb.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Herhard Şröyderin həyat yoldaşı olmuş Doris Şröyder Kepf yerli mətbuata müsahibəsi zamanı Putinlə görüşün unudulmaz olduğunu bildirib.

“Açığını desəm, biz ilk dəfə toplaşdığımız özəl çevrədə daxili və xarici məsələləri müzakirə edərək səhərə kimi danışdıq. Putin hərtərəfli və olduqca ağıllı insandır. Məni təəccübləndirən isə onun tənqidlərə həssas olmasıdır. Həmin gecə və danışıqlar mənim üçün gözəl xatirə olaraq qalacaq”, – Şröyder deyib.

Şröyder Kepf 1997-ci ildən Herhard Şröyderlə (1998-ci ilin oktyabr ayından 2005-ci ilin noyabr ayına kimi Almaniyanın kansleri olub) evlidir. Cütlük 2016-cı ildən etibarən boşanma prosedurlarına başlandığını açıqlayıb.

Gununsesi.info