
Putinlə Ruhani “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin rellaşmasını müzakirə edəcəklər.
Gununsesi.info “kremlin.ru”-ya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin martın 27-28-də Moskvaya reallaşacaq rəsmi səfərində Rusiya ilə İran arasında bütün sahələri əhatə edəcək əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Tərəflər ilk növbədə iki ölkənin energetika və nəqliyyat infrastrukturu sahəsində birgə həyata keçirdiyi layihələri müzakirə edəcəklər.
Tərəflər eyni zamanda ticari-iqtisadi əlaqələrin inkişaf edirilməsini və bu istiqamətdə birgə həyata keçirilən iri layihələr, yükdaşımalarla bağlı məsələləri, o cümlədən, dünyada və regionda baş verən prosesləri müzakirə edəcəklər.
Görüşün yekunu olaraq iki ölkə arasında bir sıra sənəd imzalanacaq.
Gununsesi.info












