Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura start veriləcək.
Gununsesi.org xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
Turun açılış matçında “Qəbələ” doğma meydanda “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Günün digər matçında isə “Zirə” və “Sabah” üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
3-cü tur
31 avqust
“Qəbələ” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 18:30.
“Zirə” – “Sabah”
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 20:30.
Turun digər iki oyunu sabah keçiriləcək: “Neftçi” – “Sumqayıt”, “Səbail” – “Qarabağ”.
Gununsesi.org