Qəbələnin dağlıq ərazisində köməksiz vəziyyətdə qalmış şəxslər təxliyə olunub

  • By admin
  • 07 Avqust 2016 15:11

fhn

 

Qəbələ rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində dağlıq ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşları yüksəklikdən təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 12:00-da başa çatıb.

 

Gununsesi.info