Qəbələdə meşə yanğınları qəsdən törədilib - NAZİRLİK

  • By admin
  • 04 Sentyabr 2017 10:47
2222222
Xəbər verdiyimiz kimi artıq bir neçə gündür Qəbələ və Oğuzda meşə yanğınları davam edir. Yanğının söndürülməsi üçün FHN-nin və digər aidiyyatı qurumların əməkdaşları ərazidə yanğının söndürülməsi ilə bağlı iş aparır.
Gununsesi.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov unikal.org-a açıqlamasında yanğının qəsdən törədilməsini istisna etməyib:
“Meşənin qəsdən yandırıldığı istisna edilmir. Güman edirik ki, yanğın meşə oğruları (brokonyerlər) tərəfindən törədilməsi güman edirik. Çünki yanğının traektoriyasından belə məlum olur ki, bu hadisə ehtiyatsızlıqdan baş verməyib. Bununla bağlı araşdırma aparılacaq. Əgər fakt təsdiqini taparsa, hadisəni törədən şəxs və yaxud şəxslər müəyyənləşdirilərək cəzasını alacaqlar”.
Gununsesi.info