“Qəbələ”nin qələbəsi…

  • By admin
  • 21 Avqust 2017 23:18

qabala-3

“Qəbələ” və “Dinamo” (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.

Gununsesi.info xəbər verir ki, “Qırmızı-qaralar”ın U-13 və U-15 komandaları Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb. On üç yaşadək futbolçuların oyununda məhsuldar nəticə qeydə alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov fərqləniblər. U-15 komandalarının matçında isə bir qol vurulub. Bu qarşılaşmada qonaqlar üstün olublar. İki gündən sonra U-13 və U-15 komandaları yenidən üz-üzə gələcəklər.

Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçiləri Qəbələdə hazırlıq keçib, yoxlama oyunlarında qüvvələrini sınayacaqlar. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandaları Tbilisiyə səfər edəcək.

Gununsesi.info