Qəddarlığı ilə “ad çıxarmış” sabiq nazir barəsindəki hökmdən apellyasiya şikayəti verildi

  • By admin
  • 08 İyul 2016 10:44

 

veli

 

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu bardədə məlumatı Gununsesi.info-ya açıqlamasında V. Ələsgərovun vəkili Vüqar Xasayev deyib. Onun sözlərinə göər, artəq apellyasiya şikayəti Naxçıvan Apellyasiya Məhkəməsinə təqdim edilib. Vəkil deyib ki, apellyasiya şikaəyətində V. Ələsgərovun barəsində irəşli sürülən ittihamların əsassız olduğu qeyd edilib və onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V. Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Gunusesi.info