Qənimət Zahidə ağır itki - MÜHACİR BAŞ REDAKTOR ANASINI İTİRDİ

  • Müəllif: admin
  • 24 Yanvar 2017 10:05

qanimat-zahid-yeni

“Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahidə ağır itki üz verib. Gununsesi.info-nun xəbərinə görə, baş redaktorun Şamaxının Meysəri kəndində yaşayan anası vəfat edib.

Hazırda Fransada yaşayan Qənimət Zahid anası ilə birgə fotosunu paylaşayaraq, “Getdi… Daha yoxdur. Allah ona rəhmət eləsin” deyə yazıb.

Gununsesi.info-nun kollektivi də Qənimət Zahidə anasının vəfatı ilə bağlı baş sağlığı verir, Allahdan rəhmət diləyir!.

QAN1