Qənirə Paşayevə AŞ PA da Dilqəm Əsgərovdan danışdı

  • By admin
  • 30 İyun 2018 14:23

 

Millət vəkili Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qeyri-qanuni girov saxladığı, işgəncə və əziyyətlər verdiyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırıb. Millət vəkili Gununsesi.info bildirir ki, Q.Paşayeva çıxışında onlarla bağlı məlumatlar verərək bildirib ki Ermənistanın işğalçı və cinayətkar rejimi olan Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara dəfələrlə məhəl qoymaraq qanunsuz olaraq girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən imtina edirdi. Girovların vəziyyətinin ağır olduğunu deyən millət vəkili Q.Paşayeva AŞ, AŞPA rəhbərliyinə çağırış edib. O deyib ki, AŞ, AŞPA rəhbərliyi Ermənistanın yeni rəhbərliyindən bu qanunsuz əməlləri davam etdirməməyi və azərbaycanlı girovları azad etmələrini tələb etməlidir. Q.Paşayeva təşkiların rəsmilərini tez bir zamanda bu tələblə Ermənisatanın yeni rəhbərliyinə çağırış etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün daha sərt addımılar atmağa çağırıb.

Gununsesi.info