Qənirə Paşayeva Nicatdan yazdı: "Ölkədən getmə səbəbləri ilə bağlı açıqlamaları məni çox narahat etdi"

  • By admin
  • 12 Avqust 2016 10:49

nicat

 

“Qazaxıstana Rio-2016 da qızıl medal qazandıran 23 yaşlı ağırlıq qaldıran həmyerlimiz Olimpiya çempionu Nicat Rəhimov təbrik edirəm! Halal olsun! Sevinirik. Qazaxıstan qardaş ölkəmizdir və sevinirik. Amma Nicatın Azərbaycana qələbə qazandırmasına daha da çox sevinərdik”.

Gununsesi.info-nun məlumatna görə,  bunu millət vəkili Qənirə Paşayeva  öz “Facebook” statusunda yazıb.  O, qeyd edib ki, Nicatın atasının Ağır Atletika Federasiyası və oğlunun ölkədən getməsi səbəbləri ilə bağlı açıqlamaları çoxları kimi onu da çox ciddi narahat edib.

“Və artıq hər kəs atanın səsləndirdiyi ciddi məsələlərə federasiyadan, idman sahəsinə cavabdeh şəxslərdən ciddi cavab gözləyir. Ümumi deyil ciddi cavab və tədbirlərin görülməsini. Uğurlar Nicat! Dünyanın hər yerində azərbaycanlı adını sənin kimi ucaldan gənclərimizin sayı çox olsun. Bu gün Macarıstan Parlamentində toplantıda Qazaxıstan heyətini qızıl medal qazanmaları münasibəti ilə təbrik etdilər. Qazaxıstandan dostlarla bir-birimizə baxdıq. Gülümsəyib iki qardaş dövlətin də övladıdır dedilər. Qürur duyduq. Hər zaman uğurların bol başın uca olsun!”-deyə, o, daha sonra qeyd edib.

 

qana

 

K. Həmzəoğlu

Gununsesi.info