Qərib Məmmədov yenə “vuruldu”

  • By admin
  • 26 Avqust 2016 10:00

qerib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aşağı vəzifəyə keçirilib.

Gununsesi.info “reporta.az”a istinadən xəbər verir ki, indiyədək AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışan Q.Məmmədov AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub.

Belə ki, AMEA-nın Aqrar Elmlər Bölməsi Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilib. Bölmənin akademik katibi vəzifəsinə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanov təyin olunub. Q.Məmmədova isə müşavir vəzifəsi verilib.

Gununsesi.info