Qəzada ölən şəxsin kimliyi məlum oldu

  • By admin
  • 25 İyul 2016 22:42

14a958a1aed4a3f39ce9762e9bcb438c

 

Qaxda baş verən yol nəqliyyat qəzasında ölən şəxsin kimliyi məlum olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, Qax rayonu Oncallı kənd sakini, 1967-ci il təvəllüdlü Xanlar Fikrət oğlu Məmmədovun idarə etdiyi “VAZ 21063” markalı 10 OR 592 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu Zəyəm kənd sakini İlkin Oruc oğlu Gülməmmədovun idarə etdiyi “Opel Vectra ” markalı 34 BC 987 dövlət nömrə nişanlı minik avtomobili Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 99-cu kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində qarşı-qarşıya toqquşub.

Qəzadan sonra “VAZ 21063” markalı maşının sürücüsü Xanlar Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü İlkin Gülməmmədov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Gununsesi.info