Qabyuyan maşın dəhşətli xəstəliyə səbəb ola bilər - ARAŞDIRMA

  • By admin
  • 04 Aprel 2018 13:36

Slovenyada aparılan araşdırmaya görə, qabyuyan maşının səhv istifadəsinin ciddi sağlamlıq problemlərinə səbəb olduğu aşkarlandı.

Aparılan bir araşdırmada qabyuyan maşının içərisində iştirak edən rezin kipgəcin ölümcül təhlükə saçdığı ortaya çıxdı. Rezin kipgəcin ölümcül təhlükə saçmağının səbəbi isə istifadəçilərin səhvləridir.

Gununsesi.info xəbər verir ki, qabyuyan maşınında mövcud olan rezin kipgəcin yemək artıqlarını yığaraq ölümcül xərçəng xəstəliklərinə səbəb olduğu ortaya çıxdı. Rezin kipgəcin uzun müddət istifadəsi və təmizlənməməsi nəticəsində ortaya çıxan bu təhlükə hər kəsi qorxutdu.

Mütəxəssislər qabyuyan maşınında iştirak edən bu rezin kipgəcin mütləq şəkildə yuyulmasını tövsiyə edirlər.

İsveçli elm insanlarının apardığı araşdırmalarda isə, qabyuyan maşının mikrob və bakteriyaların hamısını öldürdüyü üçün uşaqların immun sisteminin güclənməsinə maneə törətdiyi məlum olmuşdur. Qabyuyan maşınların bu təhlükəyə səbəb olmaması üçün mütləq diqqət edin və həmişə təmiz saxlayın.

Gununsesi.info