Qaçan məhbuslara görə tutulan rəis müavininin FOTOLARI YAYILDI

  • By admin
  • 24 Oktyabr 2017 10:54

vvvvvvv

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin üç əməkdaşı tutulub. 

Gununsesi.info xəbər verir ki, bu şəxslərdən biri də qarovul rəisinin müavini Tural Poladxanovdur. Tutulan vəzifəli şəxsin fotolarını təqdim edirik.

Qeyd edək ki, digər tutulan şəxslər isə qarovul rəisi Ceyhun Səmədov və qarovul rəisinin müavini Fuad Hacıyevdir. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb ediliblər.

Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır.

22809736_1629752100415943_1408361129_n 22782063_1629751157082704_797858189_n 22773298_1629752107082609_1787784782_n

Gununsesi.info