Qadına qarşı soyğunçuluq edən şəxs məhkəməyə müraciət etdi

  • By admin
  • 15 Oktyabr 2016 10:28

soyguncu

Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Azad Camalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Gununsesi.info-nun xəbərinə görə,  Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 18-nə təyin edilib.

Prosesə  hakim Qail Məmmədovun sədrlik edəcək.

Qeyd edək ki, hadisə  2016-cı il martın 25-də baş verib. Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatı və sənədləri soyğunçuluq yolu ilə əlindən alınıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Azad Camalov tutulub. O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Gülnaz Qənbərli

Gununsesi.info