Qadını rüsvay edəcəyi ilə hədələyən şantajçı tutuldu

  • By admin
  • 21 Aprel 2017 12:48

qandal
Mingəçevir şəhər sakini bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan pul alarkən tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini Pünhan Abdullayev Bakı şəhər sakini olan bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Anar

Gununsesi.info