Güləşçilərimiz İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

  • By admin
  • 21 Aprel 2017 12:51

unnamed (5)

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirir.

Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir.

Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək.

Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə aprelin 17-dən başlayıb və 30-dək davam edəcək.

Qeyd edək ki Avropa çempionatı 2-7 may tarixlərində Serbiyanın Novi Sad şəhərində başa tutacaq. Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları isə 17-21 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Anar
Gununsesi.info