Qadınlar zorakılığa qarşı

  • By admin
  • 25 Sentyabr 2019 18:51

 

Bir qrup Azərbaycan qadınları və qeyri hökumət təşkilatları təmsilçiləri XXI ƏSR QADINLARI İctimai Birliyinin təşəbbüsü ilə “Sənin hekayən bizim hekayədir “ adllı konfrans keçirilib.

Konfransda əsas müzakirə mövzuzu Fuad Qəhrəmanlının ailəsində baş verənlər olub.

Konfrans iştirakçıları n bəzi qadın QHT-lərin susqunluğunu təəssüflə qınayaraq törədilmiş bu cinayətə İnsan Hüquqları üzrə Müvəkkil-Ombudsman Aparatının və Ailə, Qadın və Uşaq problemləri Komitəsinin münasibətinin bildirilməsini tələb etdilər.

Millət vəkili Məlahət İbrahimqızı çıxışında siyasi iddiası olan bir şəxsin ailəsinə qarşı bu cür davranmasının qəbul edilməz olduğunu deyib. Onun sözlərinə görə, bu cür şəxsləri cəmiyyət yaxşı tanımalıdır.
Tədbirin sonunda Azərbaycanın Qadın ictimaiyyətinə və İnsan Hüquqları ilə məşğul olan beynəkxalq təşkilatlara bu cinayətə münasibət bildirilməsi ilə bağlı müraciətlər də qəbul olunub.