
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatları açıqlayıb.
TQDK-dan Gununsesi.info-ya verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24 110 bakalavr qeydiyyatdan keçib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5 184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 %) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməyib. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub.
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5 142 (69.85 %), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1 395 (18.95%) yer olmaqla ümumilikdə 7 362 plan yeri ayrılıb. İmtahanının nəticələrinə əsasən, 47 69 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2 209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2 593-ü (35.22 %) boş qalıb.
Bu il yalnız Azərbaycan Tibb Universitetində plan yerləri tam, Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyasının plan yerləri 90 faiz və daha çox, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Univeristeti, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının plan yerləri isə 80 faizdən çox dolub.
Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universitetinə (14.29%) aiddir.
Ayrı-ayrı ali təhsil müəssisələri üzrə plan yerləri və qəbul olan bakalavrların sayı haqqında məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Magistraturaya qəbul olanların sayı haqqında məlumat
Qəbul planı |
Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında) |
Qəbulolma faizi |
Vakant yerlərin |
||
Azərbaycan bölməsi |
Rus bölməsi |
Bölmələr üzrə cəmi |
sayı (faizi) |
||
7362 |
4312 (2059) |
457 (150) |
4769 (2209) |
64.78 |
2593 (35.22) |
Ali təhsil müəssisələrinin (dövlət və özəl) magistratura səviyyəsinə qəbul olan bakalavrların sayı haqqında məlumat
№ |
Ali məktəbin adı |
Qəbul planı |
Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında) |
Qəbulolma faizi |
||
Azərbaycan bölməsi |
Rus bölməsi |
Bölmələr üzrə cəmi |
||||
1 |
Bakı Dövlət Universiteti |
772 |
542 (431) |
75 (35) |
617 (466) |
79.92 |
2 |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
518 |
358 (211) |
91 (27) |
449 (238) |
86.68 |
3 |
Azərbaycan Texniki Universiteti |
374 |
207 (121) |
14 (2) |
221 (123) |
59.09 |
4 |
Azərbaycan Memarlıq və İnşaat Universiteti |
277 |
156 (107) |
20 (9) |
176 (116) |
63.54 |
5 |
Azərbaycan Tibb Universiteti |
15 |
14 (14) |
1 (1) |
15 (15) |
100.00 |
6 |
Azərbaycan Dövlət Pedaqoji Universiteti |
501 |
456 (164) |
7 (0) |
463 (164) |
92.42 |
7 |
Azərbaycan Dövlət İqtisad Universiteti |
1802 |
1134 (286) |
182 (27) |
1316 (313) |
73.03 |
8 |
Azərbaycan Dillər Universiteti |
201 |
122 (67) |
12 (6) |
134 (73) |
66.67 |
9 |
Bakı Slavyan Universiteti |
157 |
67 (25) |
14 (5) |
81 (30) |
51.59 |
10 |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
76 |
52 (45) |
10 (5) |
62 (50) |
81.58 |
11 |
Bakı Musiqi Akademiyası |
40 |
31 (22) |
5 (5) |
36 (27) |
90.00 |
12 |
Azərbaycan Milli Konservatoriyası |
34 |
29 (11) |
0 (0) |
29 (11) |
85.29 |
13 |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
66 |
39 (22) |
3 (0) |
42 (22) |
63.64 |
14 |
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası |
48 |
32 (23) |
9 (6) |
41 (29) |
85.42 |
15 |
Azərbaycan Turizm və Menecment Universiteti |
96 |
63 (16) |
10 (3) |
73 (19) |
76.04 |
16 |
Bakı Xoreoqrafiya Akademiyası |
38 |
10 (0) |
2 (1) |
12 (1) |
31.58 |
17 |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası |
18 |
12 (12) |
0 (0) |
12 (12) |
66.67 |
18 |
Milli Aviasiya Akademiyası |
76 |
37 (24) |
19 (11) |
56 (35) |
73.68 |
19 |
Azərbaycan Dövlət Dəniz Akademiyası |
25 |
14 (10) |
1 (0) |
15 (10) |
60.00 |
20 |
Azərbaycan Milli Elmlər Akademiyası |
63 |
56 (56) |
0 (0) |
56 (56) |
88.89 |
21 |
Naxçıvan Dövlət Universiteti |
200 |
126 (27) |
0 (0) |
126 (27) |
63.00 |
22 |
Naxçıvan Müəllimlər İnstitutu |
35 |
23 (4) |
0 (0) |
23 (4) |
65.71 |
23 |
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) |
208 |
165 (98) |
4 (2) |
169 (100) |
81.25 |
24 |
Gəncə Dövlət Universiteti |
249 |
189 (68) |
0 (0) |
189 (68) |
75.90 |
25 |
Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.) |
74 |
30 (15) |
0 (0) |
30 (15) |
40.54 |
26 |
Sumqayıt Dövlət Universiteti |
229 |
134 (18) |
0 (0) |
134 (18) |
58.52 |
27 |
Mingəçevir Dövlət Universiteti |
32 |
19 (4) |
0 (0) |
19 (4) |
59.38 |
28 |
Lənkəran Dövlət Universiteti |
68 |
40 (4) |
0 (0) |
40 (4) |
58.82 |
29 |
Fövqəladə Hallar Nazirliyinin Akademiyası |
13 |
11 (11) |
0 (0) |
11 (11) |
84.62 |
30 |
Azərbaycan Kooperasiya Universiteti |
80 |
20 (0) |
0 (0) |
20 (0) |
25.00 |
31 |
“Azərbaycan” Universiteti |
30 |
10 (0) |
0 (0) |
10 (0) |
33.33 |
32 |
Qərb Universiteti |
80 |
23 (1) |
6 (1) |
29 (2) |
36.25 |
33 |
Xəzər Universiteti |
209 |
64 (12) |
12 (1) |
76 (13) |
36.36 |
34 |
“Qafqaz” Universiteti |
302 |
273 (125) |
13 (4) |
286 (129) |
94.70 |
35 |
Bakı Avrasiya Universiteti |
70 |
10 (0) |
0 (0) |
10 (0) |
14.29 |
36 |
Bakı Qızlar Universiteti |
30 |
8 (0) |
0 (0) |
8 (0) |
26.67 |
37 |
“Odlar Yurdu” Universiteti |
177 |
48 (0) |
5 (0) |
53 (0) |
29.94 |
38 |
Bakı Biznes Universiteti |
64 |
27 (0) |
1 (0) |
28 (0) |
43.75 |
39 |
“Naxçıvan” Universiteti (Naxçıvan şəhəri) |
15 |
8 (0) |
0 (0) |
8 (0) |
53.33 |