Qafqaz Universiteti bağlandı -BAKIDAKI GÜLƏNÇİLƏR HƏDƏFDƏ

  • By admin
  • 20 İyul 2016 14:03

qafqaz

 

Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fətullah Gülən şəbəkəsinə daxil olan universitetin bağlanmasının əsas səbəbi son günlər Türkiyədə yaşananlardır.

Gununsesi.info