Hafiz Həsənova hökm oxundu

  • Müəllif: Firuzə
  • 16 Sentyabr 2026 11:02

“QHT işi” üzrə ittiham olunanlardan biri – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib.

Dövlət ittihamçısı təqsirləndirilən Hafiz Həsənovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 5 il sınaq müddəti seçilməklə şərti hesab olunmasını təklif edib.

Gununsesi.info