“Qalatasaray”ın məşqçiləri və futbolçusunda koronavirus aşkarlanıb

  • By admin
  • 06 Yanvar 2022 18:50

Türkiyənin “Qalatasaray” komandasında koronavirusa yoluxma halları aşkarlanıb.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin məşqçiləri Selçuk İnan və Cihan Ünaldan, həmçinin yarımmüdafiəçi Taylan Antalyalıdan COVID-19 üçün götürülmüş test nümunələri müsbət çıxıb.

Hər 3 şəxs komandadan təcrid olunaraq, karantinə alınıb.

 

 

Gununsesi.info