“Tramp həm də məğlub edilmiş sabiq prezidentdir” - BAYDEN

  • By admin
  • 06 Yanvar 2022 19:03

“Həmin gün hüquq mühafizə orqanlarının 140-dan çox əməkdaşı yaralandı. Burada olan polis əməkdaşlarının şahid ifadələrini dinləmişik. Polislərdən biri baş verənləri təsvir edərkən onu orta əsrlər döyüşünə bənzətmişdi”.

Gununsesi.info-nun xəbərinə görə, bunu ABŞ Prezidenti Co Bayden sabiq dövlət başçısı Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumunun ildönümü ilə bağlı çıxışında deyib.

“Sabiq prezident bütün bunları Ağ Evdəki otağında oturub televiziya vasitəsilə izləyirdi və bir neçə saat ərzində heç bir şey etmədi. O, insanların həyatı risk altında olarkən, onlar hücuma məruz qalarkən heç nə etmədi. Bütün bu baş verənlər silahlı üsyan idi. Böyük xalqlar baş verənlərlə üzləşir, onu gizlətmir. Amerika, biz böyük xalqıq! Bəzən yalanlar həqiqəti üstələyir, bunu güc və xeyir üçün edirlər. Lakin biz nəyin həqiqət, nəyin yalan olduğu barədə açıq mövqe göstərməliyik. Burada həqiqət odur ki, sabiq prezident seçki barədə yalanlar yaydı, çünki o, gücü prinsiplərdən üstün tutur, o, öz maraqlarını ölkənin, Amerika xalqının maraqlarından vacib hesab edir. O, öz eqosunu demokratiyadan və konstitusiyadan üstün hesab edir. O, öz məğlubiyyətini qəbul edə bilmir. O, seçkinin nəticələrini qəbul etmək istəmədi”, – ABŞ Prezidenti vurğulayıb.

Bayden Respublikaçılar Partiyasını da tənqid edib. Onun sözlərinə görə, partiya daxilində sadəcə bir neçə nəfər Trampa qarşı çıxdı, ona demokratik prinsiplərin hər şeydən üstün olduğunu xatırlatdılar: “Lakin partiyadakı bir çoxu bunu etmədi, onlar Respublikaçılar Partiyasını başqa bir şeyə çevirmək istəyirdilər. Sanki bu partiya Eyzenhauer, Reyqan (sabiq ABŞ prezidentləri-red.) kimi böyük şəxslərin təmsil etdiyi partiya deyil”.

ABŞ dövlət başçısı qeyd edib ki, Tramp və tərəfdarları amerikalıların seçki gününü üsyan günü kimi xatırlamasını istəyirdilər: “Tramp sadəcə keçmiş prezident deyil, o, həm də məğlub edilmiş sabiq prezidentdir”.

 

 

Gununsesi.info